Renat Dadaşov Portuqaliya klubunda - RƏSMİ

00:37 12 İyun 2018

Milli komandamızın və Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək. Dadaşov ikinci liqa təmsilçisi "Eştoril"lə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Dadaşov ötən il "Ayntraxt" klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi. Mövsümün gedişində komanda yoldaşını və məşqçisini döyən Renat komandadan qovulmuşdu.


Digər xəbərlər

Xəbər xətti