Fikrət Orman: "Azərbaycanda kubok qaldırmaq möhtəşəm olar"

11:16 12 İyun 2018

“Beşiktaşprezidenti Fikrət Orman Türkiyə mətbuatına maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri gələn il Bakıda keçiriləcək Avroliqanın finalının iştirakçısı olmaq istədiklərini və turniri qazanmaq gücündə olduqlarını bildirib:

 

“Çempionlar Liqası bizdən yüksəkdə dayanır. Xəyala deyil, gerçəyə köklənməliyik. Avroliqanın kubokunu qaldıra bilərik. Bunu edən komandaların çoxundan əskik deyilik, hətta üstünük. Hara getsək də, azarkeşlərimiz arxamızdadır. Avroliqanın finalı Bakıda olacaq. Azərbaycanda kubok qaldırmaq möhtəşəm olar. Bunu bacarmaq istəyirik".

 

Qeyd edək ki, Avropa Liqasının final görüşü gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Xəbər xətti