Meksika millisinin üzvü dünya kubokunu buraxacaq

12:21 13 İyun 2018

Meksika millisi DÇ-2018-in startı ərəfəsində itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi Dieqo Reyesin mundialda iştirak etməyəcəyi dəqiqləşib. “Portu”nun üzvü iyunun əvvəllərində dizindən zədə almışdı. Onun tezliklə sağalacağına ümid bəslənilsə də, millinin məşqçilər heyəti futbolçunun karyerasını riskə atmaq istəməyib. Onun yerini iştirak ərizəsində “Paçuka”nın yarımmüdafiəçisi Erik Qutyerres tutacaq.

 

DÇ-2018 14 iyun-15 iyul aralığında Rusiyada keçiriləcək. Meksika millisi Almaniya, Cənubi Koreya və İsveçlə eyni qrupda mübarizə aparacaq.


Xəbər xətti