"Netçi"ni "Keşlə"yə dəyişdi

16:15 13 İyun 2018

Bir neçə gün əvvəl “Neftçi”nin baş meneceri postundan ayrılan Eldəniz Yusifov özünə yeni iş tapıb.

 

Sportarena.az xəbər verir ki, Yusifov karyerasını “Keşlə”də davam etdirəcək. Bu barədə məlumatı “Keşlə”nin saytı yayıb. Klub rəhbərliyinin qərarına əsasən, Yusifov komandanın meneceri vəzifəsinə təyin olunub.

 

Yusifov "Keşlə"dən və "Neftçi"dən əvvəl AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.


Digər xəbərlər

Xəbər xətti