"Neftçi" legioner transfer etdi

10:46 15 İyun 2018

"Neftçi” daha bir transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi komandada 28 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu "Şiroki Brieq” (Bosniya və Herseqovina) olan Slavko Braliç Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında çıxış edib.

 

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.


Xəbər xətti