La Liqaya son vəsiqənin də sahibi bəlli oldu

10:31 17 İyun 2018

Futbol üzrə İspaniya La Liqasına sonuncu vəsiqə də öz sahibini tapıb.

 

Sportarena.az xəbər verir ki, son vəsiqə uğrunda pley-offun finalında “Valyadolid” və “Numansiya” klubları qarşılaşıb. Səfərdə baş tutmuş ilk final görüşündə 3:0 hesabıyla qalib gəlmiş “Valyadolid” evdəki cavab matçında 1:1 hesablı heç-heçəyə imza atmaqla, elitaya yüksəlib.

 

Qeyd edək ki, “Valyadolid” sonuncu dəfə La Liqada 2013/14 mövsümündə çıxış etmişdi. Bu klub İspaniya çempionatının elitasında bütövlükdə 41 mövsüm keçirib.

 

“Valyadolid”dən öncə “Hueska” və “Rayo Valyekano” klubları da La Liqaya vəsiqə qazanmışdı. Bu üç klub son mövsümdə elitanı tərk edən “Malaqa”, “Las Palmas” və “Deportivo”nu əvəz edəcək.


Xəbər xətti