"Qarabağ"ın ÇL-dəki rəqibi müəyyənləşdi - YENİLƏNİB

Sportarena.az      19 İyun 2018, 14:18

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir.

 

Sportarena.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı yenə son ölkə çempionu “Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan “Qarabağ”ın 5 potensial rəqibi var idi. Bunlar “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) klubları idi.

 

Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatma “köhlən atlar” üçün Sloveniyanın “Olimpiya” klubunu çıxarıb. Beləliklə, “Qarabağ” Avropanın əsas klub yarışında mübarizəyə Sloveniya təmsilçisi ilə start verəcək.

 

Çempionlar Liqası: 1-ci təsnifat mərhələsi

Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan)

Şkendiya (Makedoniya) - TNS (Uels)
Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova)
Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan)
Suduva (Litva) - APOEL (Kipr)

 

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin