"Qarabağ" Billiata nə qədər maaş təklif edib?

11:16 19 İyun 2018

“Qarabağ”ın transfer etmək istədiyi Xama Billiata təklif etdiyi pulun məbləği bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçi üçün illik 400 min avro təklif edib.

 
 

Zimbabve millisinin futbolçusu olan Billiatın hazırkı klubu “Mamelodi” ilə (Cənubi Afrika) müqaviləsi bu ayın sonu başa çatır. Bundan sonra o, azad agent kimi istədiyi komandanı seçə biləcək. O, hələlik gələcək karyerası ilə bağlı qəti qərar verməyib.

 

Başqa bir məlumata görə, Billiat menecerləri vasitəsi ilə danışıqlar apardığı Rumıniyanın “Styaua” klubundan da aylıq 400 min avro tələb edib. Amma buxaretslilərin bu məbləği ödəyə bilməyəcəyi iddia olunub.

 

Billiatla “Qarabağ” və “Styaua” ilə yanaşı İsveçin “Djurgardens” klubunun da danışıqlar apardığı bildirilib.


Digər xəbərlər

Xəbər xətti