Salah Rusiyaya qarşı oynayacaq?

12:33 19 İyun 2018

Misir millisinin hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Rusiya ilə oyuna hazırdır.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Liverpul"un oyunçusu özünün "İnstaqram" hesabından yazıb. Onun Rusiya ilə görüşdə iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Rusiya - Misir matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti