Klublarımızın Avropa Liqasındakı rəqibləri məlum oldu - YENİLƏNİB

14:19 20 İyun 2018

 

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olub.

 

Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ” “Proqres”lə (Lüksemburq), çempionatı üçüncü pillədə başa vuran “Neftçi” “Uypeşt”lə (Macarıstan) rəqib olub.

 

Ölkə kubokunun qalibi “Keşlə” isə “Baltsan”la (Malta) mübarizə aparmalı olacaq.

 

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi

Keşlə - Baltsan (Malta)
Neftçi - Uypeşt (Macarıstan)
Qəbələ - Proqres (Lüksemburq)


Digər xəbərlər

Xəbər xətti