"Qəbələ" ilk oyununu harada keçirəcək?

14:26 20 İyun 2018

Avropa Liqasında 2018/19 mövsümünün ilk püşkatması keçirilib. İsveçrənin Nyon şəhərindəki tədbirdə öncə 1-ci təsnifat mərhələsinin cütləri müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasında çıxış edəcək “Qəbələ”nin rəqibi də bəlli olub. Ardıcıl 5-ci dəfə turnirdə qüvvəsini sınayacaq “qırmızı-qaralar” yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq.

 

“Qəbələ” bu mərhələdə Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu iyulun 12-də səfərdə keçirəcək. Cavab görüşü isə iyulun 19-da evdə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti