Bordin "Neftçi"nin rəqibini dəyərləndirdi: "Qarşımızda böyük məqsədlər var"

14:47 20 İyun 2018

Avropa Liqasında 2018/2019 mövsümünün ilk püşkatması keçirilib. Avroliqada çıxış edəcək “Neftçi” püşkün nəticəsinə görə, Macarıstanın “Uypeşt” klubu ilə görüşəcək.

 

Sportarena.az xəbər verir ki, “Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin püşkün nəticəsi ilə bağlı klubun saytına açıqlama verib. O, rəqibin xüsusilə, fiziki baxımdan güclü olduğunu vurğulayıb:

 

“Macarıstanın "Uypeşt” komandası kifayət qədər güclü bir kollektivdi, xüsusilə fiziki baxımından. Amma bizim qarşımızda böyük məqsədlər var. Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.

 

“Ağ-qaralar” ilk oyununu iyulun 12-də Bakıda, cavab matçını isə ayın 19-da Uypeştdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti