Ruslan Abışov: "Belə güclü çempionatın komandası zəif ola bilməz"

Sportarena.az      21 İyun 2018, 10:31

“Neftçi”nin kapitanı Ruslan Abışov Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

“Uypeşt” haqqında ətraflı məlumatımız yoxdu, amma əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək. Düzdü, biz hər halda Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik. Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.

 

Xatırladaq ki, "Uypeşt”ə qarşı ilk oyun iyulun 12-də Bakıda, cavab oyunu iyulun 19-da Uypeştdə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin