Dabo: "Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər"

11:22 21 İyun 2018

"Neftçi"nin hücumcusu Baqali Dabo klubun rəsmi saytına açıqlama verərək Avropa Liqasının püşkünü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, yeni transfer klubun rəsmi saytına açıqlamasında "Uypeşt"in düzgün qiymətləndirməyə çağırıb:

 

"Rəqibin kim olduğundan asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdı. Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hər bir komandanın şansı var. Uypeşt” Macarıstan çempionatından Avropa Liqasında vəsiqə qazanmış bir komandadı, bu artıq bir göstəricidi. Amma daha çox özümüzü fikirləşməliyik”.

 

Yeni oyunçularının "Neftçi”yə gəlməsini qeyd edən fransalı hücumçu, onların komandaya tez bir zamanda uyğunlaşmasının vacibliyindən danışıb:

 

"Bir neçə yeni oyunçumuz var ki, onlardan biri mənəm. Komandaya tez bir zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa Liqasında uğurlu çıxış edə bilək”. 
 

"Neftçi”yə bu yaxınlarda qoşulan forvard, özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib:

 

"Burada olduğuma görə razıyam. Növbəti mövsümə bütün komanda kimi mən də ciddi hazırlaşıram”.


Xəbər xətti