Yuri Maksimov: "Avroliqaya vəsiqə qazanıbsa, zəif rəqib deyil"

12:15 21 İyun 2018

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov çıxış edəcəkləri Avropa Liqasında püşkatmanın nəticəsini dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında I təsnifat mərhələsində qarşılaşacaqları "Baltsan" klubunun zəif rəqib olmadığını bildirib:

 

"Müasir futbolda artıq zəif komanda anlayışı yoxdu. Avroliqaya vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil. Rəqibi yaxşı analiz etməliyik və ciddi hazırlaşmalıyıq. Bizi çətin, eyni zamanda maraqlı qarşılaşma gözləyir".

 

Xatırladaq ki, "Keşlə" ilk matçını iyulun 12-də səfərdə, cacvab qarşılaşmasını bundan 1 həftə sonra evdə keçirəcək. 


Xəbər xətti