“Neftçi”nin futbolçuları Mayk Kampaz və Lukas Qomez problemlə üzləşiblər.
Sportarena.az xəbər verir ki, futbolçular klubun bazasına buraxılmayıblar. Bu barədə Kampaz şəxsi “İnstagram” hesabında paylaşım edib. O bildirib ki, bu gün məşq üçün klubun bazasına yollansalar da, mühafizəçilər onları içəri buraxmayıb:
“Komanda yoldaşım Lukas Qomezlə birlikdə klubun bazasına getdik. Mühafizəçilər bizi içəri buraxmadı. Səbəb kimi isə klub rəhbərliyinin tapşırığını göstərdilər. Məşqlərə qatıla bilməməyimizlə bağlı bizə öncədən xəbərdarlıq edilməyib. Peşəkar oyunçu olaraq haqqımızı tələb edirik. Klubdan tələb edirik ki, dekabrın 21-dək olan müqavilə şərtlərinə əməl etsinlər”.