“Sumqayıt”da yeni məşqçi

10:45 23 İyun 2018

2018/2019 mövsümündə “Sumqayıt”ın “sükanı arxasında” olacaq Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək. 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2008-2011 U-15 və U-17 milli komandalarımız, 2009-2011 "Rəvan", 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva CSKA-sının futbol akademiyasında çalışıb.


Digər xəbərlər

Xəbər xətti