Şotlandiyalı futbolçu "Sanderlend"ə görə "Qarabağ"dan imtina etdi

13:38 23 İyun 2018

Transfer axtarışlarını davam edən “Qarabağ” qapı xəttini gücləndirmək üçün qollarını çırmalayıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Şotlandiyanın "Harts" klubundan ayrılan Con Maklaflinə təklif göndərsə də, 30 yaşlı qapıçı "Qarabağ"a gəlməkdən imtina edib. Azad agent statusu daşıyan Şotlandiya millisinin üzvü "Sanderlend"ə transfer olmaq üçün bu addımı atıb.

 

"Sanderlend" İngiltərədə ötən mövsüm Çempionşipdən Liqa 1-ə düşüb.

 

Qeyd edək ki, "Qarabağ" "Peskara"nın qapıçısı Vinçentso Fiorillodan da mənfi cavab almışdı.


Digər xəbərlər

Xəbər xətti