Millimiz Belarusa uduzdu

23:16 23 İyun 2018

Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində bu gün 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Belarus yığması ilə qarşılaşan Azərbaycan millisi 1:4 hesabı ilə məğlub olub. Komandamızın qolunu İlkin Hacıyev vurub.

 

Turun digər oyunlarının nəticəsini diqqətinizə çatdırırıq:

 

İsveçrə - Almaniya 10:2
Portuqaliya – Fransa 5:3
İtaliya – Ukrayna 2:2 pen. 3:4
Belarus – Azərbaycan 4:1

 


Digər xəbərlər

Xəbər xətti