"Neftçi"dən növbəti transfer

01:06 24 İyun 2018

Transfer çalışmalarını davam etdirən "Neftçi” daha bir futbolçu ilə heyətini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər "Neftçi”nin uğurları üçün çalışacaq. Yeni futbolçu bu komandanın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın "Vellinqton Feniks” klubu olub. Ölkəsinin gənclər yığmalarında forma geyinib.


Digər xəbərlər

Xəbər xətti