İngiltərədən möhtəşəm qələbə, Polşa qrupda qaldı - YENİLƏNİB

23:56 24 İyun 2018

DÇ-2018 davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutacaq. Öncə G qrupunda ikinci tura yekun vurulacaq. İngiltərə debütant və turnirin ən zəif komandalarından biri olan Panama ilə qarşılaşacaq. Qarri Sautqeytin yetirmələrinin asan qələbə qazanaraq Belçika ilə birlikdə 1/8 finala vəsiqəni təmin edəcəyi gözlənilir.

 

Günün son iki matçı ilə bütün qruplarda ikinci tura yekun vurulacaq. Yaponiya – Seneqal görüşünda ilk turun qalibləri qarşılaşacaqlar. Bu oyunda qələbə qazanan böyük ehtimalla növbəti tura çıxmağı təmin edəcək. İlk turun məğlubları Polşa və Kolumbiya isə son şanslarını oynayacaqlar. Məğlub olan mundialla erkən vidalaşacaq.

 

DÇ-2018. 2-ci tur
24 iyun
G qrupu

16:00 İngiltərə - Panama 6:1

Qol: Con Stounz, 8; 40. Harri Keyn, 22-pen; 45+1-pen; 62. Cessi Linqard, 36 - Felipe Baloy, 78.

Baş hakim: Gehad Qrişa (Misir)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

 

H qrupu

19:00 Yaponiya - Seneqal 2:2

Qol: Takaşi İnui, 34. Keysuke Honda, 78 - Sadio Mane, 11. Mussa Vaqe, 71.
Baş hakim: Canluka Rokki (İtaliya)
Yekaterinburq, "Yekaterinburq Arena"

 

22:00 Polşa - Kolumbiya 0:3

Qol: Yerri Mina, 40. Radamel Falkao, 70. Xuan Kuadrado, 75.
Baş hakim: Sezar Ramos (Meksika)
Kazan. Kazan Arena


Digər xəbərlər

Xəbər xətti