“Neftçi”nin ilk rəqibi bəlli oldu

13:34 24 İyun 2018

Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan “Neftçi” sabah ilk yoxlama oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) başlanacaq qarşılaşmada rəqib Makedoniyanın “Şkupi” komandası olacaq. Görüş “ağ-qaralar”ın məskunlaşdığı “Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.

 

“Şkupi” komandası bu il avrokuboklarda debüt edəcək. UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində Zakariya Ramadanini yetirmələri Şotlandiyanın “Reyncers” klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışı zamanı “Neftçi” dörd yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də “ağ-qaralar” Rumıniyanın “Dunarea Kalarası”, iyulun 5-də isə bu ölkənin digər təmsilçisi “Politexnika”ya qarşı oynayacaq. Daha bir rəqibin kimliyi haqqında yaxın günlərdə məlumat verəcəyik.


Digər xəbərlər

Xəbər xətti