"Neftçi" Kampas, Qomes və Qato ilə bağlı qərarını açıqladı

11:03 25 İyun 2018

Bu ilin sonuna qədər "Neftçi" ilə müqaviləsi olan Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, növbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla hazırda danışıqlar davam edir. Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.

 

Qeyd edək ki, növbəti mövsüm əsas heyətdə düşünülməyən Fransisko Qarsiya ilə də müzakirələr davam edir. Yaxın günlərdə bu haqda əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti