Millimom oyununu izləyən iranlı xanım geyiminə görə tənqid olundu - FOTOLAR

Sportarena.az      25 İyun 2018, 18:31

Rusiyada təşkil olunan dünya çempionatında İran tribunlarındakı bir qadın sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, göbəyiaçıq geyimi ilə diqqət mərkəzində olan iranlı gənc qadının fotosu Feysbuk və Tvitterdə minlərlə dəfə paylaşılıb. O, geyiminə görə insanlar tərəfindən qınağa məruz qalıb.

 

Qeyd edək ki, İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib. Ölkə tarixində yenilik sayılan hadisə ilk dəfə Tehranda yerli stadionlardan birində DÇ-də iyunun 20-də İran-İspaniya oyununun canlı yayımı zamanı qeydə alınıb. Matçı izləmək üçün qadınlar arenaya axın ediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribuna qadınlara açılıb.

 

İran - İspaniya oyunu ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

 


 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin