"Qarabağ"ın ikinci yoxlama oyununun vaxtı məlum oldu

22:28 25 İyun 2018

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu bu dəfə Avstriyanın "Vakker İnsbruk" komandasıyla qarşılaşacaq. Matç Bakı vaxtıyla 20:30-da start götürəcək.

 

Xatırladaq ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Avstriyadakı ilk sınağında Bolqarıstanın “Ludoqorets” klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.


Digər xəbərlər

Xəbər xətti