Caka və Şakirinin cəzası açıqlandı

13:14 26 İyun 2018

DÇ-2018-in Serbiya ilə matçında siyasi təxribat xarakterli hərəkətləri ilə gündəmə gələn İsveçrənin futbolçuları Xerdan Şakiri, Qranit Cakanın jestləri diqqətlərdən yayınmamışdı.

 

Sportarena.az xəbər verir ki, FİFA onları və komanda yoldaşları Stefan Lixtştayneri cəzalandırıb. Albaniya əsilli hər iki oyunçu Serbiya ilə siyasi konflikt şəraitində olan ölkənin simvolu olan ikibaşlı qartalı əlləri ilə əks edirərək rəqibi provakasiyaya çəkməyə cəhd etmişdilər. Onlara komandanın kapitanı da qoşulmuşdu.

 

Ali futbol qurumunun hər üç oyunçunu ağır cəzalandıracağı və ən az iki matç cəza cerəcəyi gözlənilsə də, provakator futbolçular ağır cəzadan qaça biliblər.

 

Şakiri və Caka canını 10 min, Lixtştayner isə 5 min İsveçrə frankı miqdarında pul cəriməsi ilə qurtarıb.


Digər xəbərlər

Xəbər xətti