"Qarabağ" Zubirinin transferini açıqladı

17:05 26 İyun 2018

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” heyətini fransalı futbolçu Abdullah Zubiri gücləndirdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi saytı vasitəsilə futbolçunun transferini rəsmən elan edib. Zibiri ilə 2 illik müqavilə imzalanıb.

 

Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

 

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burda keçirib. 26 yaşlı transfer “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.


Xəbər xətti