"Qəbələ" yeni transferinə görə nə qədər xərcə düşüb?

12:15 27 İyun 2018

Nigeriyalı forvard Ceyms Adeniyinin “Qəbələ”yə transfer məbləği bəlli olub.

 

Sportarena.az xəbər verir ki, əyalət təmsilçisi hücumçunu “Skenderbeu”dan 350 min avroya alıb.  Bu barədə Albaniya klubunun prezdenti Adrian Takayın oğlu Gerard Takay məlumat verib.

 

O bildirib ki, Azərbaycan klubu “Skenderbeu”ya 350 min avrodan əlavə də ödəniş edə bilər. “Qəbələ” gələcəkdə Ceymsi başqa kluba satarsa, həmin məbləğin 20 faizini Korçe klubuna ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti