"Qəbələ" Polşa klubu ilə oynayacaq

15:30 27 İyun 2018

Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” Polşanın “Krakoviya” klubu ilə yoxlama oyunu keçirəcək.

 

Sportarema.az xəbər verir ki, bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb. Saytın yazdığına görə, “Qəbələ” “Krakoviya”nın keçirəcəyi 4 yoxlama matçındakı rəqiblərindən biri olacaq. Oyunun iyulun 4-də keçirilməsi nəzərdə tutulub.

 

“Qəbələ” Sloveniyada keçirdiyi ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb (1:1).


Digər xəbərlər

Xəbər xətti