"Qarabağ"ın futbolçusu azarkeşlərdən dəstək istədi - FOTO

16:31 28 İyun 2018

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak dünya çempionatında uğursuz çıxış edən Polşa millisinə dəstəyini nümayiş etdirib.

 

Sportarena.az xəbər verir ki, polşalı futbolçu şəxsi “İnstagram” hesabında paylaşdığı mesajla həmvətənlərini doğma komandalarına dəstək olmağa çağırıb:

 

“Bu gün Polşa bu dünya çempionatına sonuncu oyununa çıxır. Çoxları yığmanı tənqid edir. Amma bir şeyi başa düşmək lazımdır ki, bu komanda son illərdə qazandığı uğurlarla bizləri çox sevindirib. Bu gün onların bizim dəstəyimizə heç olmadığı qədər ehtiyacı var. Ona görə də saat 16:00-da (Bakı vaxtı ilə 18:00) göstərməliyik ki, biz təkcə yaxşı günün deyil, həm də pis günün azarkeşləriyik”.


Qeyd edək ki, H qrupunda keçirdiyi ilk 2 oyunda Seneqal və Kolumbiyaya uduzaraq, DÇ-2018-lə vidalaşan Polşa millisi bu gün Yaponiya ilə qarşılaşacaq. 


Xəbər xətti