Tramp Rusiyanı təriflədi - DÇ-2018-ə görə

18:37 28 İyun 2018

ABŞ prezidenti Donald Tramp Rusiyada keçirilən futbol üzrə dünya çempionatı barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Tramp “Ağ ev”də Portuqaliya prezidenti Marsel Rebelu de Souza ilə keçirilən görüşdən əvvəl jurnalistlərin mundialla bağlı suallarını cavablandırıb. O, Rusiyanın təşkilatçılığını yüksək qiymətləndirib:

 

“Mən hesab edirəm ki, Rusiya DÇ-nin təşkilatçılığı ilə bağlı fantastik iş görüb. Mənim oğlum futbolu sevir və mundialın oyunlarına baxır. Onlar həqiqətən də fantastik iş görüblər. Hətta futbol azarkeşi olmasaz belə, görülən işlərdən razı qalmalısız. Mən ətrafda hər şeyin yaxşı olmasına azarkeşlik edirəm. Mundialın keçirildiyi məkanlar çox gözəldi. Onu da unutmayın ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək”.


Digər xəbərlər

Xəbər xətti