Abdulla Zubir: “Qarabağ”a titular qazanmağa gəlmişəm"

10:44 29 İyun 2018

“Qarabağ”ın yeni transferi Abdulla Zubir Ağdam klubunun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, “Lans”dan gələn Mərakeş əsilli fransalı yarımmüdafiəçi hədəfinin komandayla birlikdə mükafatlar qazanmaq olduğunu söyləyib:

 

“Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm. Hansı komandaya gəldiyimin fərqindəyəm. “Qarabağ” son illər ardıcıl çempionluqlar qazanıb. Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da mənim burada məsuliyyətimin artması deməkdi”.

 

Legioner “Qarabağ”ın baxımlı futbol oynamağı sevdiyini vurğulayıb:

 

“Bu komanda üçün ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimizin də ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Bu komandayla titullar, avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm".

 

Qeyd edək ki, “Qarabağ” Zubirlə 2 illik müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti