6 oyundan 4-də heç-heçə

11:16 29 İyun 2018

Futbol üzrə Avropa Liqasında da ilkin mərhələnin ilk oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu mərhələnin bir oyunu iyunun 26-da baş tutmuşdusa, qalan görüşlər bu gün keçirilib. Əksər qarşılaşmalarda 1:1 hesabı qeydə alınıbsa, yalnız iki görüşdə meydan sahibləri qələbəni bayram ediblər.

 

Avroliqada ilkin mərhələnin cavab oyunları iyulun 5-də keçiriləcək.

 

Avropa Liqası, İlkin mərhələnin ilk oyunları

26 iyun

Sent Culia (Andorra) - Qzira Yunayted (Malta) - 0:2

 

28 iyun

Avropa (Cəbəllütariq) - Priştina (Kosovo) 1:1

Birkirkara (Malta) - Klaksvik (Farer adaları) 1:1

B36 Torshavn (Farer adaları) - Sent-Jozef (Cəbəllütariq) 1:1

Sefn Druids (Uels) - Trakai (Litva) 1:1

Enqordani (Andorra) - Folqore (San Marino) 2:1

Tre Fiori (San Marino) - Bala Taun (Uels) 3:0


Xəbər xətti