Millimizin heyəti və oyunlarının vaxtı açıqlandı

20:37 29 İyun 2018

19 yaşadək futbolçulardan ibarət milli komandamız Bakıda təlim-məşq toplanışı keçirəcək.

 

Sportarena.az xəbər verir ki, iyulun 5-dən 27-dək davam edəcək toplanışa baş məşqçi Vüqar Məmməd 24 futbolçu çağırıb.  U-19 hazırlıq müddətində 5 yoxlama oyunu keçirəcək.

 

Oyunların və toplanışa dəvət olunan futbolçuların siyahısını təqdim edirik.

 

15 iyul. U-19 – “Keşlə” (əvəzedici)
18 iyul: U-19 – “Qəbələ” (əvəzedici)
21 iyul: U-19 – “Qəbələ” (əvəzedici)

24 iyul.:U-19 – MOİK
27 iyul: U-19 – “Şüvəlan”

 

Nicat Möhbəliyev, Ayxan Arazlı, İbrahim Hüseynov, Rauf Hüseynli, Bəşir Ayralov, Turan Vəlizadə, Rüfət Abdullazadə, Elvin Cəfərquliyev, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Əmrah Zülfüqarlı, Vüsal Məsimov, İdris İnqilablı, Rüstəm Nuriyev, Şakir Seyidov, Kamran Quliyev (hamısı “Qəbələ”), Nail Alışov, Seymur Əliyev, Elcan Hafizli (hamısı “Neftçi”), Zahid Mərdanov, Elçin Mustafayev, Emil Qasımov (hamısı “Sabah”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Hüseyin Əhmədov (“FK Qelios”, Xarkov, Ukrayna). 


Digər xəbərlər

Xəbər xətti