"Qarabağ"ın rəqibindən daha bir transfer

10:46 30 İyun 2018

"Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniya çempionu “Olimpiya” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Lyublyana klubu Sloveniyanın ikinci liqasında çıxış edən “Bravo”nun 18 yaşlı futbolçusu Haris Kadriçi transfer edib. Gənc hücumçu Lyublyana təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.

 

Kadriç geridə qalan mövsümdə “Bravo”nun heyətində keçirdiyi 21 oyunda 11 qola imza atıb və Sloveniyanın perspektivli hücumçularından hesab olunur.


Digər xəbərlər

Xəbər xətti