"Qəbələ"nin Sloveniyadakı 11-ci günü

10:49 1 İyul 2018

2018/19 mövsümünə hazırlaşan “Qəbələ” Sloveniya toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın 11-ci gününü bir məşqlə yekunlaşdırıb.

 

Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi fiziki təmrinlərin yerinə yetirilməsi ilə start götürüb. Ardınca futbolçular toplu çalışmaları icra edib.


Digər xəbərlər

Xəbər xətti