İki argentinalı futbolçu milli karyerasını başa vurdu

11:34 1 İyul 2018

Futbol üzrə Argentina yığmasının iki üzvü milli karyerasını başa vurduğunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, kapitan Xavyer Maskerano, eləcə də Lukas Bilya Fransa ilə oyunda (3:4) sonuncu dəfə millinin formasını geyindiyini açıqlayıb. Maskerano bunları söyləyib:

 

"Bu, son idi. Bundan sonra mən sadəcə, Argentina yığmasının azarkeşi olacağam”.

 

Bilya isə gənc nəsilə yer verməyin zamanı çatğını bildirib:

 

“Millidən getmək vaxtıdı. Yeni və çox istedadlı nəsil gəlir. Onlara yer vermək lazımdı”.

 

Qeyd edək ki, “Milan”ın şərəfini qoruyan 32 yaşlı Bilya yığmada 58 oyun keçirib. 34 yaşlı Xavyer Maskerano isə milli forma ilə 147 matça çıxıb.


Digər xəbərlər

Xəbər xətti