Andradeninin meneceri "Qarabağ"dan gələn təklifi açıqladı

14:25 1 İyul 2018

İtaliyanın “Verona” klubunun qapıçısı Nikolas Andradeninin agenti Joao Santos onlarla “Qarabağ”ın danışıqlar apardığını təsdiqləyib.

 

Spottarena.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında Ağdam klubunun futbolçuya illik 300 min avro təklif etdiyini söyləyib.

 

“Bəli, mən danışıqlar aparıldığını təsdiqləyirəm. Amma indidən hər şeyin müsbət yekunlaşacağını deyə bilmərəm.  “Verona” transfer üçün qapıçıya ödəniləcək pulun 50 faizini də özü istəyir. Amma “Qarabağ” bu pulu verməkdə maraqlı görünmür”.

 

Qeyd edək ki, braziliyalı Nikolas Andradeninin klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti