Ronaldo milli karyerasını başa vurur? - AÇIQLAMA

15:07 1 İyul 2018

Portuqaliya millisi DÇ-2018-in 1/8 finalında Uruqvaya 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Portuqaliya millisinin 33 yaşlı ulduzu Kriştiano Ronaldo məğlubiyyəti şərh edib və yığmadakı gələcəyi haqda danışıb:

 

"Qalib gəlmək istəyirdik, ancaq futbolda belə şeylər olur. Bu komanda ilə qürur duymaq lazımdır. Başımızı dik tutmalıyıq. Hazırda millidəki gələcəyimlə bağlı danışmağın zamanı deyil. Bunun üçün önümüzdə zaman olacaq. Portuqaliya dünyanın ən yaxşı komandalarında biri olmağa davam edəcək. Çox yaxşı gənc futbolçularımız var və mən onlara güvənirəm".


Digər xəbərlər

Xəbər xətti