"Neftçi" Mustivarla bağlı qərar qəbul etdi

10:59 2 İyul 2018

“Neftçi” Soni Mustivarla da müqavilənin müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək. Ötən mövsüm 8 oyunda 1 qola imza atmış haitili futbolçunun keçmiş müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunadək qüvvədə idi.

 

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev və Anton Krivotsyukla müqavilə yenilənmişdi.


Xəbər xətti