"Qarabağ"ın rəqibi heç-heçə etdi

11:34 2 İyul 2018

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsindəki rəqibi olan Sloveniyanın “Olimpiya” klubu növbəti yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Lyublyana təmsilçisi Zaqrev “Lokomotiv”i (Xorvatiya) ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib – 2:2.

 

Qeyd edək ki, “Olimpiya” Katejdəki hazırlıq mərhələsini başa vurub və son 10 gündə məşqlərini “Qarabağ”la qarşılaşacağı paytaxtda keçirəcək.


Digər xəbərlər

Xəbər xətti