Braziliya və Belçika 1/4 finalda - YENİLƏNİB

23:56 2 İyul 2018

Futbol üzrə DÇ-2018 davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün 1/8 final çərçivəsində daha iki oyun keçiriləcək. Əvvəlcə meydana Braziliya və Meksika yığmaları çıxacaq. Braziliyalılar təkcə bu oyunun yox, ümumiyyətlə, dünya çempionatının əsas favoritlərindən hesab olunurlar.

 

Günün ikinci matçında isə Belçika ilə Yaponiya qarşılaşacaq. Belçika yer aldığı G qrupunda keçirdiyi oyunların hamısında qələbə qazanmışdı. Yaponlar isə növbəti mərhələyə son anda, “fair-play” qaydası ilə vəsiqə qazanıb. Belçika bu görüşün favoriti sayılır.

 

DÇ-2018, 1/8 final

2 iyul
18:00 Braziliya - Meksika 2:0

Qol: Neymar, 51. Roberto Firmino, 88.
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara, “Kosmos Arena”

 

22:00 Belçika - Yaponiya 3:2

Qol: Yan Vertongen, 69. Maruan Fellaini, 74. Naser Şadli, 90+4 - Qenki Haraquçi, 48. Takaşi İnui, 52.
Baş hakim: Malanq Dyedyu (Seneqal)
Rostov, “Rostov Arena”


Xəbər xətti