Subaşiç tarixə düşdü

15:20 2 İyul 2018

Futbol üzrə Xorvatiya yığmasının qapıçısı Daniel Subaşiç dünya çempionatlarının tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, Rusiyada təşkil olunmuş mundialda ötən gün Danimarka ilə oyundan sonrakı penalti seriyasında 3 zərbəni dəf etməklə rekorda şərik olub.

 

Belə bir uğura ilk dəfə portuqaliyalı Rikardo Pereyra imza atıb. O, 2006-cı ildə İngiltərə ilə 1/4 final matçında 3 penalti dəf etməklə rekord müəyyənləşdirmişdi.


Digər xəbərlər

Xəbər xətti