Petrov: "Məşqçinin bizdən tələb etdiyini həyata keçirə bildik"

10:47 3 İyul 2018

“Neftçi”nin futbolçusu Kirilo Petrov "Çelik”lə (Bosniya və Herseqovina) yoxlama oyunundan (4:1) sonra klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, komandanı meydana kapitan kimi çıxaran ukraynalı futbolçu bunları bildirib:

 

“Yaxşı oyun alındı. Məşqçinin bizdən tələb etdiyini həyata keçirə bildik. Məşqlərdə üzərində işlədiyimiz sxemi bu gün oyunda reallaşdırmağa çalışdıq. Bir neçə dəfə istədiyimiz alındı və yaxşı qollar vurduq. Bütün komandanı təbrik edirəm. Hazırlığı davam etdirmək lazımdı”.


Xəbər xətti