Anton Krivotsyuk: "Mənim kimi gənc futbolçu üçün bu böyük stimuldu"

16:33 3 İyul 2018

"Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, futbolçu müqaviləsinin müddətinin artırılmasına münasibət bildirib:

 

"Əlbəttə, "Neftçi” ilə müqavilə müddətini artırmağım, bu klubun şərəfini qorumağa davam etməyim mənə müsbət enerji verir. Mənim kimi gənc futbolçu üçün bu böyük stimuldu, irəliyə addımdı. Bu komandaya öyrəşmişəm. Burada qalmaq istəyirdim. Ümidvaram ki, faydalı olmağa davam edəcəm”.

 

Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirən Krivotsyuk “ağ-qaralar”ın Avropa Liqasının birinci təsnifat mərhələsində uğurlu çıxış edib, mərhələ adlayacağını deyib:

 

"Təlim-məşq toplanışı yekunlaşmaq üzrədi. Fikrimcə, pis çalışmırıq. Məşqçinin dediklərinin hamısını yerinə yetirməyə cəhd edirik. Artıq üç yoxlama oyunu keçirmişik. Necə oynadığımı məşqçilər korpusu daha dəqiq qiymətləndirə bilər. Onu deyə bilərəm ki, təlim-məşq toplanışı çərçivəsində həm oyunlarda, həm də məşqlərdə böyük istəklə və var gücümlə çalışmışam. İnanıram ki, "Uypeşt”lə oyunda hər şey yaxşı olacaq, uğurlu çıxış edib, mərhələni adlaya biləcəyik”.


Digər xəbərlər

Xəbər xətti