"Qarabağ" yeni transferi zədəlidi?

18:48 4 İyul 2018

“Qarabağ”ın yeni transferi Hannes Haldorsson Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə ilk oyunu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə islandiyalı qapıçı ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. O bildirib ki, DÇ-2018-in qrup mərhələsində Xorvatiya ilə oyuna 2 gün qalmış məşqdə zədələnib:

 

“Xorvatiya ilə matçdan əvvəl qasığımdan zədə aldım. Oyun vaxtı isə ağrılarım lap artdı. “Olimpiya” ilə Sloveniyadakı matçı buraxacam. Ancaq cavab görüşündə oynayacağıma inanıram”.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı ilk oyun iyulun 11-də Lyüblyanada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 18-də Bakıda olacaq. 


Xəbər xətti