Argentinanın baş məşqçi postuna sürpriz namizəd

11:26 5 İyul 2018

Argentina Futbol Federasiyası (AFF) millinin dünya çempionatındakı uğursuz çıxışdan sonra baş məşqçi Xorxe Sampaoli ilə yollarını ayırmaq üzrədir

 

Sportarena.az xəbər verir ki, qurum bu posta "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolanı gətirmək fikrindədi. İspaniyalı mütəxəssisin millinin kapitanı Lionel Messi ilə dostluğunu nəzərə alan federasiya bundan yararlanaraq, Qvardiolanı razı salmağa çalışır.

 

Klubla müqavilə müddəti 2021-ci ilə qədər olan 47 yaşlı mütəxəssisə ilinə 12 milyon dollar maaş olmaqla 4 illik müqavilə təklif etməyə hazırlaşırlar.

 

Qvardiola Barcelona-da işlədiyi dövrdə  Dieqo Armando Maradona ilə söhbət zamanı gələcəkdə Argentina yığmasını çalışdırmağa müsbət baxdığını vurğulamışdı.


Digər xəbərlər

Xəbər xətti