"Mançester Yunayted" qapıçı aldı

12:47 5 İyul 2018

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-şeytanlar” ingiltərəli qapıçı Li Anderson Qrantı transfer ediblər. Son mövsümü “Stok Siti”də keçirən 35 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. O, geridə qalan mövsümdə cəmi 3 Premyer Liqa matçında meydana çıxıb. MY-də də onun ehtiyat qapıçı funksiyasını yerinə yetirəcəyi gözlənilir.

 

Qrant karyerası ərzində ancaq İngiltərə klublarında çıxış edib. Onun formasını geyindiyi komandalar arasında “Derbu Kaunti”, “Bernli”, “Oldem Atletik” və “Şeffild Uensdey” də var.


Digər xəbərlər

Xəbər xətti