Klublarımızın nəzərinə: 4-cü dəyişikliyə icazə verildi

15:56 5 İyul 2018

Klublar 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq  əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcək.

 

Qeyd edək ki. Azərbaycanı avrokuboklarda "Qarabağ", "Qəbələ", "Neftçi" və "Keşlə" təmsil edəcək. Ağdam klubu ÇL-də, digərləri isə AL-də mübarizə aparacaq.


Xəbər xətti