UEFA-dan azərbaycanlılara 2 təyinat

18:16 5 İyul 2018

UEFA Çempionlar Liqasında və Avropa Liqasında 1-ci təsnifat mərhələsinin bütün oyunları üçün hakim, hakim-inspektor və UEFA nümayəndəsi təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu oyunlara azərbaycanlı hakim və hakim-inspektorlardan heç kim təyinat almayıb. Yalnız iki həmyerlimiz UEFA nümayəndəsi kimi təyinat alıb. Bunlar Orxan Hüseynzadə və Könül Mehdiyevadı.

 

Mehdiyeva Latviyanın “Liepaya” və İsveçin “Hakken” klubları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq. Avropa Liqası çərçivəsində iyulun 12-də Liepayadakı “Dauqava” stadionunda keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 20:05-də start götürəcək.

 

Hüseynzadə isə Gürcüstanın “Çixura” və İsrailin “Beytar” klublarının eyni turnirdəki görüşünə təyinat alıb. Tiflisdəki “Mixail Mesxi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti